BMT Baş katibi: “İstanbulda taxıl ixracı məsələsində ciddi addım atılıb”
Tarix: 13-07-2022 23:05 | Bölmə: İqtisadiyyat
BMT Baş katibi: “İstanbulda taxıl ixracı məsələsində ciddi addım atılıb”

“İstanbulda Rusiya, Türkiyə, Ukrayna hərbi nümayəndə heyətləri və BMT nümayəndələrinin Ukraynadan taxıl ixracı məsələsi ilə bağlı keçirilən görüşündə ciddi addım atılıb”.

Bu sözləri BMT Baş katibi Antoni Quterreş Baş qərargahda jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Bu gün İstanbulda Ukraynadan Qara dəniz vasitəsilə ərzaq məhsullarının təhlükəsiz və etibarlı ixracının təmin edilməsi istiqamətində mühüm addımın şahidi olduq”, - o vurğulayıb.(Report)

Onun sözlərinə görə, bunun praktikada tətbiqi üçün daha çox texniki iş tələb olunacaq.

BMT tərəflərin taxıl ixracına dair rəsmi razılığa gələcəyinə ümid edir.

A.Quterreş hesab edir ki, tərəflər gələn həftə taxıl ixracı ilə bağlı razılığa gələ bilərlər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}