14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Azərbaycan və Latviya arasında əməkdaşlıq memorandumu imzalanıb
Tarix: 14-07-2022 17:24 | Bölmə: İqtisadiyyat
Azərbaycan və Latviya arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycanın Kənd Təsərüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu ilə Latviyanın Həyat Elmləri və Texnologiyaları Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

Reyting.az
xəbər verir ki, sənədə qurumda Azərbaycanda səfərdə olan Latviyanın kənd təsərrüfatı naziri Kaspars Gerhardsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş çərçivəsində imza atılıb.

Görüşdə kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları geniş müzakirə olunub. Bildirilib ki, Azərbaycanla Latviya kənd təsərrüfatı sahəsində müasir texnologiyaların transferi, elmi-tədqiqatların aparılması, aqrar sahədə mütəxəssis hazırlığı və aqrar məhsulların ixracı istiqamətlərində əməkdaşlığı genişləndirə bilər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}