20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Gündəlik xam neft hasilatının həcmi açıqlanıb
Tarix: 15-07-2022 10:31 | Bölmə: İqtisadiyyat
Gündəlik xam neft hasilatının həcmi açıqlanıb

2022-ci ilin iyun ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 632,4 min barrel olub.

Bu barədə Reyting.az-a Energetika Nazirliyindən məlumat verilib.

Bildirilir ki, hasilatın 523,5 min barrelini xam neft, 108,9 min barrelini isə kondensat təşkil edib.

Xatırladaq ki, OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin 28-ci iclasında qəbul edilmiş razılaşmaya əsasən, iyun ayı üzrə Azərbaycanda gündəlik xam neft hasilatının 8 min barrel artırılaraq 696 min barrelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 22 min barrel həcmində olması nəzərdə tutulurdu.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər