14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Borrel: “Bolqarıstan və Rumıniya vasitəsilə Ukrayna taxılının daşınması kifayət deyil”
Tarix: 18-07-2022 13:08 | Bölmə: İqtisadiyyat
Borrel: “Bolqarıstan və Rumıniya vasitəsilə Ukrayna taxılının daşınması kifayət deyil”

“Bolqarıstan və Rumıniya vasitəsilə taxılın daşınması kifayət deyil, bu səbəbdən, Avropa İttifaqı (Aİ) bu həftə İstanbulda Ukrayna və Rusiya arasında taxıl məsələsi ilə bağlı razılığın əldə olunacağına ümid edir”.

TASS xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel Aİ XİN Şurasının iclasından əvvəl deyib.

“Biz taxılın Rumıniya və Bolqarıstan vasitəsilə daşınması üçün əlimizdən gələni edirik, lakin bu, kifayət deyil. Ümid edirəm ki, bu həftə Odessa və Ukraynanın digər limanları ətrafında blokadanın aradan qaldırılması istiqamətində razılaşma əldə olunacaq”, - o bildirib/Report




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}