14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Zurabişvili: “Ukraynadakı müharibə Cənubi Qafqazın iqtisadi potensialını artırıb”
Tarix: 20-07-2022 12:39 | Bölmə: İqtisadiyyat
Zurabişvili: “Ukraynadakı müharibə Cənubi Qafqazın iqtisadi potensialını artırıb”

“Ukraynadakı müharibə Cənubi Qafqaz regionunun tranzit, enerji və ticarət potensialını artırıb, bunun üçün bölgənin sabitliyi və təhlükəsizliyinin daha da möhkəmləndirilməsi mühüm əhəmiyyət kəsb edir”.

Bu fikirləri Gürcüstan Prezidenti Salome Zurabişvili Almaniya Bundestaqının vitse-prezidenti Katrin Herinq-Ekhardtla keçirdiyi görüşdə bildirib.

O, bu baxımdan Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında iyulun 16-da Tbilisidə baş tutmuş görüşü qeyd edib. Dövlət başçısının sözlərinə görə, görüş regionda sülh və sabitliyin möhkəmləndirilməsi üçün müsbət addımdır, həmçinin Tbilisinin bölgədə sülhün təşviqi ilə bağlı tarixi rolunu ifadə edir/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}