20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Mişeldən Ukrayna taxılı barədə açıqlama: "Biz Ukraynanı dəstəkləməyə davam edəcəyik"
Tarix: 22-07-2022 19:38 | Bölmə: İqtisadiyyat
Mişeldən Ukrayna taxılı barədə açıqlama: "Biz Ukraynanı dəstəkləməyə davam edəcəyik"

“Qlobal ərzaq təhlükəsizliyi Aİ üçün prioritet məsələdir, mən Ukraynanın taxıl ixracı üçün Qara dənizdəki blokadanın açılmasına dair razılaşmanı alqışlayıram”.

Reyting.az
xəbər verir ki, bu sözləri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel "Twitter"dəki paylaşımında deyib.

O bildirib ki ki, İstanbulda imzalanan saziş bütün dünyada milyonlarla insana fayda verə bilər: "Bunun üçün sazişin ciddi şəkildə yerinə yetirilməsi indi böyük əhəmiyyət kəsb edir. Biz BMT-nin rolunu və Baş katib Antoniu Quterreşin uzunmüddətli səylərini yüksək qiymətləndiririk. Bu prosesdə iştirakına görə Türkiyəyə təşəkkür edirik. Biz Ukraynanı və Prezident Zelenskini dəstəkləməyə davam edəcəyik. Nəhayət, 22 milyon ton taxılın ixracını alqışlayırıq”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər