20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Ukrayna taxılını daşımaq üçün 120 gün vaxt verilib
Tarix: 25-07-2022 05:54 | Bölmə: İqtisadiyyat
Ukrayna taxılını daşımaq üçün 120 gün vaxt verilib

Rusiya tərəfinin hərəkətləri ucbatından müəyyən müddət ərzində taxıl sazişinin icrasına zəmanət vermək çox çətindir.

“UNIAN” xəbər verir ki, bunu Ukrayna maliyyə nazirinin müavini Aleksandr Kava deyib.

Onun sözlərinə görə, Ukrayna taxılının “Odessa”, “Çernomorsk” və “Yujnıy” limanlarından daşınmasına tezliklə başlanılması üçün lazım olan işlər görülür.

A. Kava bildirib ki, sazişə görə taxılın ixracı 120 gün ərzində həyata keçirilməlidir.

Nazir müavini diqqətə çatdırıb ki, əgər dəhliz yaxşı işləsə və vaxtında Ukrayna daxilində dəniz ticarət limanlarına taxıl çatdırmaq imkanı olsa, 120 gün kifayətdir. Amma mövcud vəziyyət səbəbindən bunun müəyyən vaxt çərçivəsində baş verəcəyinə zəmanət vermək çox çətindir.

Onu da qeyd edək ki, İstanbulda Ukrayna taxılının ixracı üçün yaradılmış Birgə Koordinasiya Mərkəzində işlər davam etdirilir.

Türkiyə Müdafiə Nazirliyindən bildiriblər ki, ilk gəmi ən qısa zamanda Ukrayna limanından yola düşəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər