20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Xüsusi nümayəndə: "Ağalı sakinlərinin hamısı işlə təmin ediləcək"
Tarix: 25-07-2022 16:20 | Bölmə: İqtisadiyyat
Xüsusi nümayəndə: "Ağalı sakinlərinin hamısı işlə təmin ediləcək"

“Ağalı kəndində son 5-6 gündə 41 ailə məskunlaşıb”.

Bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ailələr artıq evlərindədir və bu gün növbəti 11 ailə də öz evlərinə gələcək, evlərinin açarları onlara təhvil veriləcək.

“Bütün infrastruktur hazırdır. Xidmət şəbəkələrinin hamısı mövcuddur. Burada 360 şagird yerlik məktəb, uşaq bağçası, 10 tibb işçisinin çalışdığı tibb mərkəzi var. Məşğulluqla bağlı hazırlıq işləri görülür. Bilirəm ki, ən əsas məsələ budur. Onu demək istəyirik ki, heç kim narahat olmasın. Kifayət qədər iş yeri mövcuddur. Növbəti həftələrdə işəgötürmə ilə əlaqədar sakinlərdən müsahibələr götürüləcək. Hamı işlə təmin ediləcək. Hazırda planlama işləri həyata keçirilir. Yəqin ki, bir neçə aydan sonra növbəti köçürmə həyata keçiriləcək”, - Vahid Hacıyev qeyd edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər