Deputatın şirkəti məhkəməyə verilib
Tarix: 26-07-2022 12:17 | Bölmə: İqtisadiyyat
Deputatın şirkəti məhkəməyə verilib

"Loğman Farm" MMC-yə cərimə protokolu yazılıb.

Reyting.az
Pravda-ya istinadla xəbər verir ki, şirkətin barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokollar tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

İddia hakim Vüsal Qurbanovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası avqustun 2-nə təyin edilib.

Xatırladaq ki, bu şirkətin deputat Ülvi Quliyevə məxsus olması iddia olunur.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}