Şuşa Bəyannaməsi iki ölkə arasında iqtisadi əlaqələri genişləndirib
Tarix: 27-07-2022 11:22 | Bölmə: İqtisadiyyat
Şuşa Bəyannaməsi iki ölkə arasında iqtisadi əlaqələri genişləndirib

Son illər Azərbaycan və Türkiyə arasında imzalanmış anlaşmalar, o cümlədən iki qardaş dövlət arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi, preferensial ticarət rejimi ölkələrin qarşılıqlı iqtisadi və ticari əlaqələrini genişləndirib.

Reyting.az
xəbər verir ki, bunu Milli Məclisin üzvü Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, bu ilin ilk 5 ayının yekunlarına əsasən, Türkiyə Azərbaycanın ümumi ticarət dövriyyəsində 11.9 faizlik payla ikinci yerdədir. İlk sırada enerji məhsulları ixrac etdiyimiz İtaliyadır (37.4 %).

V. Bayramov əlavə edib ki, mühüm məqamlardan biri qeyri-neft ixracatımızda Türkiyənin ilk sırada olmasıdır: “Ötən il daxil olmaqla əvvəlki dövrlərdə Rusiya neftdən kənar ixracatımızda birinci olsa da, artıq Türkiyə öndədir. Belə ki, ötən ilin yekunlarında qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiya 32,3, Türkiyə isə 24,9 faiz paya malik idi. Artıq Türkiyənin payı 32,8 faizə yüksəlib, Rusiya isə 22.2 faizə sahibdir. Bu o deməkdir ki, Azərbaycana neftdən kənar ixracatdan daxil olan hər 100 dolların 32 dollarından çoxu Türkiyənin payına düşür”.

V. Bayramov qeyd edib ki, iki qardaş ölkə arasında ümumi ticarət dövriyyəsinin 2023-ci ilin sonunda 15 milyard dollara çatdırılması hədəflənir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}