Ukrayna taxılı ilə bağlı İstanbulda Birgə Koordinasiya Mərkəzinin açılışı olub
Tarix: 27-07-2022 15:38 | Bölmə: İqtisadiyyat
Ukrayna taxılı ilə bağlı İstanbulda Birgə Koordinasiya Mərkəzinin açılışı olub

İstanbulda Ukraynanın dəniz limanlarından taxılın təhlükəsiz daşınması üzrə Birgə Koordinasiya Mərkəzinin açılış mərasimi keçirilib.

Reyting.az
xəbər verir ki, açılış mərasimində Türkiyənin milli müdafiə naziri Hulusi Akar iştirak edib.

Xatırladaq ki, taxıl dəhlizi ilə bağlı saziş iyulun 22-də İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT Baş katibi Antonio Quterreşin iştirakı ilə imzalanıb. Sənədi Ukrayna, Rusiya, BMT və Türkiyə nümayəndələri imzalayıblar.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}