20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Bank bağlanmaq təhlükəsi ilə üzləşib
Tarix: 03-09-2018 17:21 | Bölmə: İqtisadiyyat
Bank bağlanmaq təhlükəsi ilə üzləşib

Maliyyə problemlərindən əziyyət çəkdiyi üçün ilin sonunadək bağlanma riski böyük olan "Bank of Baku” 1-ci qrup əlillərə nağd pul krediti vermir.

195 manatdan az təqaüd alan təqaüdçülər adıçəkilən bankdan kredit almaq üçün ölkədə fəaliyyət göstərən heç bir bankda öhdəçiliyi (zaminlik və ya kredit) olmamalıdır.

Xatırladaq ki, Mərkəzi Bankın ölkədə fəaliyyət göstərən bankların qarşısına qoyduğu tələbə əsasən, bankların məcmu kapitalı 50 milyon manatdan az olmamalıdır. "Bank of Baku"nun ikinci rübün sonuna olan hesabatına əsasən, bankın məcmu kapitalı 24 milyon 359 min manatdır ki, bu da bankın bağlanma riskini artırır.

Qeyd edək ki, "DəmirBank"ın məcmu kapitalı 25,5 milyon manat təşkil etdiyi üçün lisenziyası ləğv edilmişdi ki, bu da hazırki vəziyyətdə "Bank of Baku”nun məcmu kapitalından hələ 1,2 milyon manat artıqdır.(Kommersant.az)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər