16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
“Çelsi”nin baş məşqçisi qadın ola bilər
Tarix: 21-05-2019 20:31 | Bölmə: Xəbərlər
 “Çelsi”nin baş məşqçisi qadın ola bilər

İngiltərənin “Çelsi” klubu üçün sürpriz bir baş məşqçi namizəd ortaya atılıb.

Reyting.az xarici mediaya istinadla bildirir ki, italiyalı baş məşqçi Maurisio Sarrinin hətta Avropa liqasının Bakıda mayın 29-da keçiriləcək finalında Londonun digər təmsilçisi “Arsenal”a qalib gəldiyi təqdirdə istefaya göndəriləcəyi iddia edilir.

Bu səbəbdən neçə müddətdir Sarrini kimlərin əvəzləyə biləcəyi ilə bağlı müxtəlif məlumatlar yayılır.

İngiltərə mətbuatında bununla bağlı daha bir ilginc xəbər gündəmə gəlib. Xəbərə görə, “Çelsi”nin qadın futbol komandasını çalışdıran Emma Hayes Saarinin yerinə gətiriləcək.

Bu mövsüm “Çelsi”nin qadın komandası ilə həm çempionluğu qazanan, həm də Qadınlar Çempionlar liqasında finala yüksələn Hayesin kişilərdən ibarət komanda da uğur əldə edə biləcəyi istisna olunmur.

Qeyd edək ki, indiyədək heç bir futbol komandasına qadın baş məşqçi təyin olunmayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}