Bakıda avtobus piyadaları vurub - Ölən var
Tarix: 25-08-2019 09:45 | Bölmə: Xəbərlər
Bakıda avtobus piyadaları vurub

Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib. Avtoqəza zamanı piyadaları avtobus vurub.

Belə ki, Zabrat qəsəbəsində qeydə alınmış yol qəzasında 186 saylı xətt marşrutu üzrə hərəkət edən "Daewoo" markalı sərnişin avtobusu yolu keçmək istəyən iki piyadanı vurub. Nəticədə ağır xəsarət alan Rza və Əli adlı piyadalar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, Rza Quliyev xəstəxanada keçinib. Digər yaralının müalicəsi isə davam etdirilir.

Faktla əlaqədar cinayət işi başlanılıb.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}