16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
İranda Azərbaycan dili tədris olunacaq
Tarix: 25-08-2019 15:51 | Bölmə: Xəbərlər
İranda Azərbaycan dili tədris olunacaq

Sentyabr ayından İranın Şərqi Azərbaycan əyalətində məktəblərdə Azərbaycan türkcəsinin tədrisinə başlanılacaq.

Bunu İranlı Tələbələr xəbər agentliyinə (İSNA) müsahibəsində Şərqi Azərbaycan üzrə Təlim-Təhsil şöbəsinin müdiri Cəfər Paşai bildirib.

“İranın Təhsil Nazirliyinin orta məktəblər üçün hazırladığı xüsusi proqrama əsasən, yerli xalqın öz dilində təhsil almaq istəyi nəzərə alınaraq, Şərqi Azərbaycan əyalətindəki məktəblərdə bundan sonra Azərbaycan türkcəsində də dərslərin keçilməsi qərara alınıb", - deyə şöbə müdiri qeyd edib.

Paşainin sözlərinə görə, dərslər 23 sentyabrdan etibarən həftədə 3 saat olmaqla tədris olunacaq/Qafqazinfo.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}