Tanınmış vəkilə sinəsindən atəş açıblar - Foto
Tarix: 06-09-2019 14:17 | Bölmə: Xəbərlər
Tanınmış vəkilə sinəsindən atəş açıblar

İsveçin paytaxtı Stokholmda tanınmış bir vəkil güllələnib. Reyting.az “Expressen & Aftonbladet” agentliyinə istinadla xəbər verir ki, onun sağlıq durumu hələ də naməlumdur.

Stokholm polisinin nümayəndəsi Anna Westberg bildirib ki, atışma qapalı şəraitdə baş verib. Hadisə barədə polisə səhər saat 9-da məlumat verilib və cinayət qətl cəhdi kimi araşdırılır. Polis cinayət hadisəsinin təfərrüatları haqqında məlumat yaymadığından, qurbanın durumunun nə dərəcədə ciddi olduğu bəlli deyil. Atışmanın bir evdə, yaxud otaqda baş verməsi haqda dəqiq məlumat olmasa da, vəkilin yaralı halda yaşayış binasının pilləkənindən tapıldığı bildirilir.

“Aftonbladet” qəzeti isə xəbər verir ki, vəkil işə getməyə hazırlaşarkən hücuma məruz qalaraq, çoxsaylı zərbələr alıb. İddia olunur ki, atışma o, həyəcan siqnalını işə saldığı və mənzili kilidlədiyi üçün baş verib.

Qəzetin yazdığına görə, vəkilin sinəsinə, başına və qarın nahiyəsinə xəsarət yetirilib. Vəkil təcili xəstəxanaya çatdırılıb.

“Aftonbladet”-in məlumatına görə, cinayətkarı hadisə yerindən qaçarkən görənlər olub. Polis cinayətlə birbaşa əlaqəsi olan bir kişini, dindirmək üçün isə şahid qadını axtarır.

Polisin ilkin ehtimalına görə, vəkili vəzifə borcunu yerinə yetridiyi üçün vurmayıblar, amma bu da istisna olunmur.

Tanınmış vəkilə sinəsindən atəş açıblar

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}