17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
61 məktəbə yeni direktor təyin edildi
Tarix: 10-09-2019 14:40 | Bölmə: Xəbərlər
61 məktəbə yeni direktor təyin edildi

2018-ci ildə elan edilmiş dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti yerləşdirmə mərhələsi və apelyasiya komissiyasının qərarına əsasən, şikayəti təmin olunan namizədlərin nəticələri açıqlanıb.

Təhsil Nazirliyindən Reyting.az-a verilən məlumatda bildirilir ki, nəticələrə görə, 61 namizəd müvafiq məktəblərə direktor vəzifəsinə təyin edilib.

Yeni direktorlar sentyabrın 13-dən öz vəzifələrinin icrasına başlayacaqlar.

Qeyd edək ki, "Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul və çalışmanın yaş həddinə çatmış direktorlarla əmək münasibətlərinin tənzimlənməsi Qaydaları”na uyğun olaraq, 2018-ci ilin noyabr ayında elan edilmiş müsabiqənin nəticəsinə əsasən, ümumilikdə 246 nəfər ümumi təhsil müəssisəsinin direktoru vəzifəsinə təyin edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}