14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
Hakim olmaq istəyən 206 nəfəri sorğu-sual ediblər
Tarix: 15-09-2019 16:08 | Bölmə: Xəbərlər
Hakim olmaq istəyən 206 nəfəri sorğu-sual ediblər

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) ilə Hakimlərin Seçki Komitəsi hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlərlə test imtahanı keçirib.

DİM-in məlumatına görə, imtahan kompüterlər vasitəsilə elektron qaydada aparılıb.

Namizədlər imtahanı bitirdikdən dərhal sonra onlara nəticələri haqqında arayış təqdim olunub. İmtahanda iştirak edən 206 namizəddən 158 nəfər müsabiqə şərtini ödəyərək – 60 və daha yüksək bal toplayaraq ikinci mərhələyə – müsahibəyə buraxılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər