Yanvar-iyul ayları ərzində 1844 əkiz uşaq doğulub
Tarix: 16-09-2019 12:35 | Bölmə: Xəbərlər
Yanvar-iyul ayları ərzində 1844 əkiz uşaq doğulub

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 79 861 körpə doğulub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8-dən 13,9-a qədər artıb.

Doğulanların 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlarıdır. Körpələrdən 1844-ü əkiz, 48-i isə üçəmdir.

Ümumilikdə, ilin əvvəlindən ölkə üzrə əhalinin sayı 46417 nəfər və ya 0,5 faiz artaraq 2019-cu il avqust ayının 1-i vəziyyətinə 10027874 nəfərə çatıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}