Aparıcı “Qarabağ”a dəstək nümayiş etdirib
Tarix: 19-09-2019 17:25 | Bölmə: Xəbərlər
Aparıcı “Qarabağ”a dəstək nümayiş etdirib

Bu gün Yenicag.az-ın xüsusi layihəsi olan “Xəbər Çağı” verilişi fərqli tərzdə yayımlanıb.

Proqramın aparıcısı Natavan Abbaslı bu axşam saat 20:55-də Avropa Liqasında qrup mərhələsinin ilk turunun oyunlarında çıxış edəcək “Qarabağ”a dəstək nümayiş etdirib.

Aparıcı efirə “Qarabağ”ın formasında çıxıb. Onun bu addımı sosial şəbəkə izləyiciləri tərəfindən maraqla qarşılanıb.

N. Abbaslı özünün də “Qarabağ”ın fanatı olduğunu bildirib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}