14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Sərdar Cəlaloğlu: “İqtidar dialoqa meylli deyil”
Tarix: 10-10-2019 17:37 | Bölmə: Xəbərlər
Sərdar Cəlaloğlu: “İqtidar dialoqa meylli deyil”

“İqtidar-müxalifət dialoquna ehtiyac var. İqtisadiyyat, siyasət, xarici siyasət və ölkə qarşısında duran digər problemlərlə bağlı yüksək səviyyədə dialoqlar aparılmalıdır”.

Bunu Reyting.az-a ADP sədri Sərdar Cəlaloğlu deyib.

Onun sözlərinə görə, belə dialoqlara jurnalistlər və qeyri-hökumət təşkilatlarının dəvət edilməsi yanlış addımdır: “Dəyirmi masa şəklində iqtidar-müxalifət dialoqu aparılmalı, ölkənin problemləri müzakirə edilməli və konsensus əldə olunmalıdır. Yəni belə dialoqlar zamanı iqtidar müxalifəti, müxalifət isə iqtidarı söyməməlidir. Bizə tədbirə gedirik, hökumət nümayəndələri çıxış edirlər, biz də onlara cavab veririk və beləcə, tədbir çönüb olur iqtidar-müxalifət düşmənçiliyi. Məncə, belə omamalıdır. Dialoqlarda məqsəd siyasi qüvvələr arasında konsensusun əldə edilməsi olmalıdır”.

ADP sədri hesab edir ki, indiki şəraitdə iqtidar dialoqa meylli görünmür. O, bunu əsas gətirərək, deyir ki, yaxın dövr üçün belə dialoqların keçirilmə ehtimalı azdır:

“Azərbaycan iqtidarı gücünü çox itirib. Amma ona qarşı duracaq güclü qüvvə də yoxdur. Odur ki, indiki hakimiyyət uzun müddət iqtidarını sürdürəcək”.

Dialoqu siyasi mədəniyyət hesab edən S. Cəlaloğlunun fikrincə, bu saat dialoq və müzakirə, habelə cəmiyyətdə konsensusun əldə edilməsi hakimiyyətə daha çox lazımdır: “Amma hakimiyyətin dialoqa getmək meyli və istəyi yoxdur. Bu da iqtidarın problemidir, özləri bilər”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}