17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Yol Polisi İdarəsində kadr dəyişikliyi aparılıb - Təyinat
Tarix: 18-10-2019 17:25 | Bölmə: Xəbərlər
Yol Polisi İdarəsində kadr dəyişikliyi aparılıb

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində önəmli kadr dəyişikliyi edib.

Reyting.az
BakuPost.az-a istinadla xəbər verir ki, polkovnik Rəşadət Babayev rəis müavini vəzifəsindən çıxarılıb.

Onun yerinə polkovnik-leytenant Rəşid Piriyev gətirilib. Yeni rəis müavini bundan əvvəl Beyləqan Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb.

Rəşadət Babayev rəis müavini olmaqla yanaşı həm də alayın komandiri vəzifəsini daşıyırdı. İndi o yalnız alaya rəhbərlik edəcək.

Məsələ ilə bağlı qurumun mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov danışmaq istəməyib: “Bəli, polkovnik Rəşadət Babayev Alayın komandiri olmaqla yanaşı, həm də rəis müavini idi. Dəyişikliklə bağlı isə mən dəqiq bir söz deyə bilmərəm. Siz bunu kadrlardan və ya DİN-in mətbuat xidmətindən dəqiqləşdirin”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}