İran səmasında xarici PUA vurulub
Tarix: 08-11-2019 17:02 | Bölmə: Xəbərlər
İran səmasında xarici PUA vurulub

İran ordusu hava hücumundan müdafiə qüvvələri Mahşəhr limanı üzərində xarici PUA-nı məhv edib.

Reyting.az
“Təsnim”ə istinadla xəbər verir ki, Hava Hücumundan Müdafiə Qüvvələrinin komandiri Əlirza Səbahifərd pilotsuz uçan aparatın (PUA) məhv edilməsini təsdiqləyib. Bununla bağlı bəyanatda qeyd edilib:

"Dəfələrlə xəbərdarlıq etmişik ki, ölkənin vahid hava hücumundan müdafiə şəbəkəsi hava məkanının hər hansı bir pozulmasına qətiyyətlə cavab verməyə tam hazır olacaq".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}