17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Bakıda teleaparıcını bıçaqlayıblar - Yenilənib
Tarix: 11-11-2019 01:04 | Bölmə: Xəbərlər
Bakıda teleaparıcını bıçaqlayıblar

Bakının Pirallahı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, hadisə zamanı 1989-cu il təvəllüdlü Bernardo Xose Pabloviç tanıdığı şəxslər tərəfindən bıçaqlanıb.

Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, Azərbaycan vətəndaşı olan Xose Bernardo uzun müddət televiziya proqramlarında, şou-proqramlarında aparıcılıq edib.

Hadisənin hansı şəraitdə baş verdiyi isə hələlik məlum deyil.

***

Bıçaq yarası ilə xəstəxanaya çatdırılan aparıcı Xose Bernardo ambulator müalicə üçün evə buraxılıb.

APA-nın məlumatına görə, onun vəziyyəti qənaətbəxş olub.

Qeyd edək ki, X. Bernardo ilə birgə paytaxt sakini, 1988-ci il təvəllüdlü Rafael Hüseynov da bıçaq xəsarətləri alıb. R. Hüseynova çoxsaylı bıçaq xəsarətləri yetirilib və hazırda vəziyyəti ağır olduğundan 3 saylı Şəhər Klinik Xəstəxanasının Cərrahiyyə şöbəsində müalicəsini davam etdirir. Hər iki yaralının eyni hadisə zamanı bıçaqlandığı bildirilir.

***

Aparıcı Xose Bernardo və Rəfael Hüseynovu bıçaqlayan şəxs saxlanılıb.

Hüquq-mühafizə orqanlarından Modern.az-a verilən məlumata görə, hadisəni törədən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş 1985-ci il təvəllüdlü A. Hüseynov Pirallahı RPŞ-nin keçirdiyi əməliyyat-axtarış tədbirləri çərçivəsində saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 126.2.1-ci (2 və daha artıq şəxsin sağlamlığına ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.


Reyting.az




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}