16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Son iki gündə yol qəzalarında 9 nəfər ölüb, 7 nəfər xəsarət alıb
Tarix: 11-11-2019 13:00 | Bölmə: Xəbərlər
Son iki gündə yol qəzalarında 9 nəfər ölüb, 7 nəfər xəsarət alıb

Ötən şənbə və bazar günləri daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Reyting.az
DİN-ə istinadla bildirir ki, noyabrın 9-u və 10-da törədilən 31 cinayətin üstü “isti izlər”lə açılıb: "Əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması təmin olunub".

Məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib: "Respublikanın avtomobil yollarında isə 8 ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 9 nəfər ölüb,7 nəfər xəsarət alıb".

Məlumatda o da qeyd olunur ki, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib: "Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}