17:50 / 11-12-2019
Psixoloqlar imtahan verəcək
Ərdoğanla Tramp görüşdü
Tarix: 13-11-2019 22:39 | Bölmə: Xəbər lenti
Ərdoğanla Tramp görüşdü

ABŞ-da səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın amerikalı həmkarı Donald Trampla görüşü başlayıb.

"Anadolu” agentliyi xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanı Ağ Evdə Donald Tramp və xanımı Melania Tramp qarşılayıb.

R.T. Ərdoğan "Şərəf Kitabı”na imza atdıqdan sonra həmkarı ilə danışıqlar aparmaq Oval Ofisə gedib.

Prezident Donald Tramp Türkiyə Prezidentinin ölkəsinə səfərindən məmnun olduğunu bildirib. O, Suriya məsələsinə toxunaraq atəşkəsin davam etdiyini bildirib:

"Bildiyiniz kimi? əsgərlərimizi geri çəkmişdik. Düşünürəm ki, artıq digər insanların sərhədləri üçün narahat olmamalıyıq və öz sərhədlərimizi düşünməliyik. Türkiyə Prezidentilə çox yaxın və uzun müddətdir dostuq, bir-birimizi çox yaxşı başa düşürük. Eyni zamanda problemlərimizi də yaxşı anlayırıq. Qeyd etdiyimiz bölgədə Türkiyədən bir çox insan həlak oldu. Bu istiqamətdə addımlar atmalıyıq”.

Türkiyə Prezidenti Ərdoğan isə görüşdən sonra təşkil olunacaq mətbuat konfransında danışıqlar barədə ətraflı məlumat veriləcəyini bildirib.

Protokola uyğun olaraq, görüşün iki saat davam etməsi nəzərdə tutulur.

Qeyd edək ki, iki ölkənin dövlət başçıları ən yeni qırıcıların, ABŞ və Rusiyanın "Patriot" və "S-400” hava hücumundan müdafiə sistemlərinin Türkiyəyə satılması, həmçinin Suriyadakı vəziyyəti müzakirə edəcəklər.

Görüşdə habelə ABŞ-la Türkiyə arasındakı ikitərəfli əlaqələr müzakirə olunacaq. R.T.Ərdoğan və D.Tramp görüşün sonunda geniş mətbuat konfransı keçirəcəklər/Report.скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
9-12-2019, 13:17 Sabah yağış yağacaq

{sape_links}{sape_article}