07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Siyavuş Novruzov: "YAP hər dairə üçün 10 nəfər müəyyən edib"
Tarix: 12-12-2019 12:52 | Bölmə: Xəbərlər
Siyavuş Novruzov: "YAP hər dairə üçün 10 nəfər müəyyən edib"

Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar parlament seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyasının (YAP) 126 nəfər səlahiyyətli nümayəndəsini, bir nəfər isə maliyyə məsələləri üzrə səlahiyyət sahibini təsdiqləyib.

Reyting.az
-ın məlumatına görə, YAP-ın İcra Katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib ki, partiyanın namizədlərinin irəli sürülməsi prosesi qalıb: "Bununla bağlı işlər aparılır və bu işlər tamamlandıqdan sonra hər dairə üzrə namizədlərimizi irəli sürüb siyahını MSK-ya təqdim edəcəyik”.

S. Novruzov bildirib ki, YAP-ın seçkilərlə bağlı kifayət qədər potensialı və təcrübəsi var: “Artıq hər bir dairə üzrə imza toplamaq üçün 10 nəfər müəyyənləşib. Yəni hər bir şey hazırdır. Sadəcə, namizədləri təqdim edəcəyik və ondan sonra digər proseslər başlayacaq”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}