Ümid Partiyasının namizədi Sahib Alıyevi debata çağırır
Tarix: 24-01-2020 14:09 | Bölmə: Xəbərlər
Ümid Partiyasının namizədi Sahib Alıyevi debata çağırır

Növbədənkənar parlament seçkilərində iştirak üçün 95 saylı Tərtər Seçki Dairəsindən deputatlığa namizəd, Ümid Partiyasının sədr müavini Tamilla Qulami keçmiş deputat Sahib Alıyevi debata çağırıb.

Tamilla Qulami bildirib ki, Sahib Alıyev onun barəsində xoşagəlməz sözlər danışır: "Sahib Alıyev görüşlərində mənim haqqımda nələrsə danışır, nələrsə deməyə cəhd edir. Sahib Alıyevə müraciət edirəm! Nə demək istəyirsinizsə, nə sözünüz varsa, buyurun, mənimlə debata gəlin! O cümlədən, sözügedən dairədə namizədliyini irəli sürmüş və ya debatda olmaq istədiyiniz hər bir namizədin əvəzinə sizinlə debata hazıram. Gəlin, xalqın qarşısında - istənilən kənddə və yaxud da istənilən görüşdə debata çıxaq. Həm Tərtər problemlərini, onun həlli yollarını, həm də millət vəkili necə olar - onu danışaq".

Qeyd edək ki, Ümid Partiyasının sədr müavini Tamilla Qulaminin təbliğat və təşviqatı davam edir. T. Qulami Xoruzlu kəndində seçiciləri ilə görüşüb. Görüşdən öncə kəndin Şəhidlər abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyub, Milli Qəhrəman Vəzir Orucovun və şəhidlərimizin ruhuna dualar oxuyub, rəhmət diləyiblər.

Qeyd olunur ki, keçirilən sorğuya əsasən 95 saylı Tərtər Seçki Dairəsində favorit namizəd Tamilla Qulamidir.

Ümid Partiyasının namizədi Sahib Alıyevi debata çağırırÜmid Partiyasının namizədi Sahib Alıyevi debata çağırırÜmid Partiyasının namizədi Sahib Alıyevi debata çağırırÜmid Partiyasının namizədi Sahib Alıyevi debata çağırırÜmid Partiyasının namizədi Sahib Alıyevi debata çağırır




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}