İqbal Ağazadənin görüşündə yenə izdiham yaşandı - Foto
Tarix: 26-01-2020 18:42 | Bölmə: Siyasət
İqbal Ağazadənin görüşündə yenə izdiham yaşandı

35 saylı Xətai 3-cü Seçki Dairəsindən deputatlığa namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadə bu gün Naximov küçəsinin sakinləri ilə görüşüb. Deputatlığa namizədin təklifi ilə əvvəlcə Daşaltı əməliyyatı zamanı şəhid olmuş qəhrəman döyüşçülərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra İqbal Ağazadə məhəlli problemlərini dilə gətirərək qeyd edib ki, bizi təkcə bir məhəllənin, bir rayonun yox, bütün ölkənin problemləri narahat edir: "Mən Milli Məclisdə deyə bilmərəm ki, Naximov küçəsindəki uşaqlara uşaqpulu verilsin, təqaüdçülərin pensiyası artırılsın. Mənim dərdim bəllidir, bu ölkənin insanı normal yaşasın, normal qidalansın, sağlam olsun".

Daha sonra çıxış edən İ. Ağazadə bildirib ki, mənim heç kimlə problemim yoxdur:

"Deyirlər ki, İqbal Ağazadənin hökumətlə problemi var. Mən burda deyirəm, qoy, hər kəs eşitsin, bu xalqın haqqını tapdayan hər kəslə mənim problemim var. Uşaqpulu verilmirsə, məhkəmələr ədalətli deyilsə, insanlardan rüşvət alınırsa, torpaqlarımız işğaldan azad edilmirsə, problemim var. Başqa mənim heç kimlə problemim yoxdur. Hökumət bu problemləri həll etsə, mənim onunla da problemim olmaz. Qoy, seçici ilə problemi olanlar narahat olsun".

Qeyd edək ki, bu görüşdə də izdiham yaşanıb. Sonra seçicilər İ. Ağazadəyə bildiriblər ki, mütləq seçkiyə gələcəklər və məhz ona səs verəcəklər.

İqbal Ağazadənin görüşündə yenə izdiham yaşandıİqbal Ağazadənin görüşündə yenə izdiham yaşandı
İqbal Ağazadənin görüşündə yenə izdiham yaşandı
İqbal Ağazadənin görüşündə yenə izdiham yaşandıİqbal Ağazadənin görüşündə yenə izdiham yaşandıİqbal Ağazadənin görüşündə yenə izdiham yaşandı
İqbal Ağazadənin görüşündə yenə izdiham yaşandı
İqbal Ağazadənin görüşündə yenə izdiham yaşandı
İqbal Ağazadənin görüşündə yenə izdiham yaşandı
İqbal Ağazadənin görüşündə yenə izdiham yaşandı
İqbal Ağazadənin görüşündə yenə izdiham yaşandıскачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}