17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Bakıda bankirin oğlu iynədən şoka düşərək öldü
Tarix: 18-02-2020 13:25 | Bölmə: Cəmiyyət
Bakıda bankirin oğlu iynədən şoka düşərək öldü

“Bank Respublika” ASC-nin Müşahidə Şurasının üzvü və bankın əsas səhmdarı Natiq Quliyevin 15 yaşlı oğlu vəfat edib.

Hadisə ötən gün Bakı şəhəri, Məmməd Araz küçəsi, 2 ünvanında qeydə alınıb.

Belə ki, axşam saatlarında yeniyetmənin hərarəti artıb. Ona ev şəraitində iynə vurulub. Mərhum iynədən sonra anaflaktik şok keçirib. Dərhal özəl xəstəxanadan təcili yardım çağırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, hadisə ilə bağlı ilk məlumatı demokrat.az saytı yayıb/Report.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}