Türkiyə, İran və Azərbaycanda zəlzələ olub
Tarix: 23-02-2020 10:46 | Bölmə: Xəbərlər
Türkiyə, İran və Azərbaycanda zəlzələ olub

Türkiyə-İran sərhədində və Naxçıvanda zəlzələ baş verib.

Azərbaycan Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, bu gün yerli vaxtla saat 09:52-də Naxçıvan stansiyasından 110 km cənub-qərbdə Türkiyə-İran sərhədində baş verən zəlzələ 5,8 maqnitudalı olub.

Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. Zəlzələ Naxçıvan Muxtar Respublikası ərazisində 4-3 bala qədər hiss olunub.

Qeyd edək ki, ötən gecə Şamaxıda da zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzi bildirir ki, yerli vaxtla saat 04:43-də Qobustan stansiyasından 35 km cənub-qərbdə Şamaxı rayonunda 3,3 maqnitudalı zəlzələ qeydə alınıb.

Zəlzələnin ocağı 1 km dərinlikdə yerləşib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}