16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Türkiyə İranla sərhədi bağladı - Koronavirusla əlaqədar
Tarix: 23-02-2020 17:39 | Bölmə: Xəbərlər
Türkiyə İranla sərhədi bağladı - Koronavirusla əlaqədar

Türkiyə koronavirusla əlaqədar İranla sərhəd-keçid məntəqələrini müvəqqəti bağlayıb.

APA-nın məlumatına görə, bunu bu gün Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

F. Qoсa deyib ki, bu gün yerli vaxtla saat 17.00 etibarı ilə sərhəd-keçid məntəqələri müvəqqəti bağlanıb, İrandan Türkiyəyə avtomobil və qatarların hərəkəti dayandırılıb. Türkiyədən İrana səfərlər isə davam edəcək.

İran və Türkiyə arasında təyyarə uçuşları isə bu gün saat 20.00-dan dayandırılır və Türkiyə İrandan təyyarə qəbul etməyəcək.

Qeyd edək ki, İranda koronavirusla bağlı ölənlərin sayı 8 nəfərə çatıb.

Türkiyədən başqa, İraq, Pakistan və Türkmənistan da İranla sərhədlərini bağlı elan edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}