İspaniyada 19 mindən çox tibb işçisi koronavirusa yoluxub
Tarix: 06-04-2020 17:31 | Bölmə: Xəbərlər
İspaniyada 19 mindən çox tibb işçisi koronavirusa yoluxub

İspaniyada 19 400 tibb işçisi yeni növ koronavirusa yoluxub.

Reyting.az
“RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, bu, İspaniyada epidemiya başlayandan bəri yoluxanların ümumi sayının 14%-dən çoxdur.

“El Pais”in məlumatına görə, 13 tibb işçisi – 11 həkim, 1 tibb bacısı və 1 sanitar virusdan ölüb.

Qeyd edək ki, İspaniyada yeni növ koronavirusa yoluxanların sayı son sutkada 6 min nəfərdən çox artaraq 130 759-a çatıb, virusdan ölənlər isə 13 nəfəri keçib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}