Poroşenkoya cinayət işi açılıb
Tarix: 20-05-2020 11:43 | Bölmə: Xəbərlər
Poroşenkoya cinayət işi açılıb

Ukrayna Baş Prokurorluğu ölkənin keçmiş prezidenti Pyotr Poroşenkoya qarşı dövlətə xəyanət və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə cinayət işi açıb.

Bu barədə “Ukrainskaya Pravda” Baş Prokurorluqdakı mənbəyə istinadən məlumat yayıb.

Cinayət işi Ali Radanın deputatı Andrey Derkaçın sabiq prezidentin gizli səs yazılarını Baş Prokurorluğa təqdim etməsindən sonra başlanıb.

İddia olunur ki, ABŞ-ın vitse-prezidenti Co Bayden, sabiq dövlət katibi Con Kerri və P.Poroşenko arasında Ukraynada yüksək vəzifəli məmurların vəzifədən kənarlaşdırılmasına dair danışıqlar aparılıb, razılıq əldə edilib./Oxu.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}