Bakı polisi quldurluq edən şəxsləri yaxalayıb - Əməliyyat
Tarix: 22-05-2020 10:03 | Bölmə: Xəbərlər
Bakı polisi quldurluq edən şəxsləri yaxalayıb

Bakıda quldurluq edən şəxslər saxlanılıb.

Hadisə paytaxtın Nizami rayonu, Babək prospektində baş verib.

Gecə saatlarında 5 naməlum şəxs Bakı şəhər sakini Real İsgəndərovun qarşısını kəsərək onun 650 manatını və mobil telefonunu alaraq qaçıblar.

Nizami rayon Post-Patrul Xidməti əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşa qarşı quldurluqda şübhəli bilinən Beyləqan rayon sakini, 1965-ci il təvəllüdlü Cahangir Nağıyev, Zəngilan rayon sakini, 1988-ci il təvəllüdlü Şahmar İsazadə, Şirvan rayon sakini, 1995-ci il təvəllüdlü Röyal Mirzəyev və Füzuli rayon sakini, 1995-ci il təvəllüdlü Rahil Həsənov saxlanılıblar.

R. Mirzəyevin idarə etdiyi "Hyundai" markalı avtomobilə baxış keçirilərkən oradan 1 ədəd bıçaq, 1 ədəd balta, 1 ədəd qundağı kəsilmiş ov tüfəngi və 2 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}