Braziliyada vətəndaş müharibəsi ola bilər
Tarix: 25-05-2020 16:17 | Bölmə: Xəbər lenti
Braziliyada vətəndaş müharibəsi ola bilər

Braziliyanın istefada olan hərbçiləri Federal ali məhkəmənin ölkə prezidenti Jair Bolsonara qarşı araşdırmaya başlaması səbəbindən vətəndaş müharibəsinin baş verəcəyini proqnozlaşdırırlar.

Reyting.az
xarici KİV-ə istinadla bildirir ki, söhbət prezidentin istintaq orqanlarının fəaliyyətinə qarışmasında və səlahiyyət həddini aşmasında təqsirkar bilinməsindən gedir.

Dövlət başçısının mümkün cinayətləri barədə ilk dəfə cəmiyyətə keçmiş ədliyyə naziri Serjia Moranın açıqlaması ilə məlumat çatdırılıb.

Bolsonarla eyni hərbi akademiyada təhsil alan veteranların fikrincə, istintaq başlatma qərarı hakimiyyət qollarının böhranını daha da artırır və bunun nəticələri vətəndaş müharibəsinə də səbəb ola bilər.

Braziliyanın ədliyyə və ictimai təhlükəsizlik naziri Serjia Mora aprelin 24-də istefa verib. Bolsonar onu korrupsiyaya qarşı mübarizə üçün bu posta təyin etmişdi, lakin prezident federal polisin rəhbərini işdən çıxarandan sonra istefa verib.

Moranın fikrincə, Braziliya prezidenti beləliklə oğlanlarının iştirakı ilə baş verən cinayət işinin araşdırılmasına mane olmaq istəyib. Bundan sonra Federal məhkəmənin hakimi Selsa di Mela Bolsonara qarşı şəxsi məqsədləri üçün xidməti vəzifəsindən istifadəyə görə araşdırmaya razılışıb.скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}