Prezidentin arvadı narkotik ticarətində ittiham olunacaq
Tarix: 28-05-2020 16:16 | Bölmə: Xəbərlər
Prezidentin arvadı narkotik ticarətində ittiham olunacaq

Amerika Birləşmiş Ştatları Venesuela prezidenti Nikolas Maduronun xanımına qarşı ittiham aktı hazırlayır.

Reyting.az
“Reuters”-ə istinadla xəbər verir ki, ABŞ onu korrupsiya və narkotik ticarətində ittiham etmək istəyir.

Bunu Vaşinqtondakı 4 anonim mənbə təsdiqləyib.

Xanım Flores akim Sosialist Partiyasından seçilmiş millət vəkilidir.

Venesuela prezidentinin arvadından əvvəl 2 qardaşı oğlu Florida ştatında kokain ticarəti ittihamı ilə həbs ediliblər.

Rəsmilər ABŞ-ın xanım Floresə qarşı ittihamları "iyrənc, təhqiramiz və böhtan" adlandırıb.

Siliya Adella Flores hazırda ABŞ Maliyyə Nazirliyinin sanksiyaları altındadır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}