Ölkələr çəyirtkə hücumuna məruz qalır - Xəbərdarlıq
Tarix: 30-05-2020 19:59 | Bölmə: Xəbərlər
Ölkələr çəyirtkə hücumuna məruz qalır

2020-ci ilin ilk aylarında Şərqi Afrika, Ərəbistan yarımadası və Körfəz ölkələrinin qarşılaşdığı çəyirtkə hücumu ilə bu dəfə Rusiya, Hindistan və Pakistan qarşılaşacaq.

Reyting.az
xəbər verir ki, böyük çəyirtkə sürüsünün Rusiyaya doğru irəlilədiyi qeyd edilir.

İlin əvvəllərində Şərqi Afrika ölkələrində ilk dəfə görülən və 20 milyon insanı qida təhlükəsizliyi ilə qarşı-qrşı qoyan çəyirtkə sürüsünün qitəni ikinci dəfə vura biləcəyi ehtimal edilir.

BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatı bəyan edib ki, Şərqi Afrika çəyirtkə hücumunun ikinci dalğası ilə qarşılaşa bilər.

BMT əlavə edib ki, çəyirtkə hücumuna qarşı Çad, Mali, Nigeriya, Seneqal, Mavritaniya və digər ölkələrdə xüsusi mütəxəssislərdən ibarət müşahidə və nəzarət postları qurulacaq.

Ehtimal edilir ki, ikinci dalğa daha güclü və uzunmüddətli ola bilər.

Rusiya Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasında isə qeyd edilir ki, Stavropol və Dağıstan çəyirtkə sürülərinin təsirinə məruz qalıb. İstilərin güclü keçdiyi Orenburq regionunda və Başqırdıstanda çəyirtkə sürüsünə rast gəlinib və durum nəzarət altındadır.

Rusiya Kənd Təsərrüfatı Nazirliyinin Saratov idarəsinin bitkilərin mühafizəsi şöbəsinin müdiri Nataliya Korotkova deyib ki, iyunun əvvəllərində sürfələrin çəyirtkəyə dönəcəyini gözləyirlər: “Fərqli bölgələrdən gələ biləcək çəyirtkə işğalına qarşı hazır vəziyyətdəyik”.

Qeyd edək ki, ötən il Rusiyada 365 min hektar çəyirtkə sürüsünün hücumu zamanı zərərə uğrayıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}