İsmayıllıda 900 kq-dan artıq narkotik bitki məhv edilib
Tarix: 11-07-2020 15:58 | Bölmə: Xəbərlər
İsmayıllıda 900 kq-dan artıq narkotik bitki məhv edilib

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilərək məhv edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Reyting.az-a verilən məlumata görə, Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Xanagah kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 903 kiloqram olan 787 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}