Nazirliyin kollegiyasının tərkibi təsdiqlənib - Siyahı
Tarix: 08-08-2020 18:59 | Bölmə: Xəbərlər
Nazirliyin kollegiyasının tərkibi təsdiqlənib

Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin kollegiyasının tərkibi haqqında” 2007-ci il 5 iyun tarixli 90 nömrəli qərarında dəyişiklik edilib.

Bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Müdafiə Sənayesi Nazirliyinin kollegiya üzvlərinin sayı 11 nəfər müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:

Kollegiyanın sədri

Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri

Kollegiyanın üzvləri:

Azərbaycan Respublikası Müdafiə Sənayesi nazirinin müavinləri

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbəri

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Aparatının İstehsalat şöbəsinin müdiri

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Aparatının Müdafiə təyinatlı məmulatların yaradılması və elmi araşdırmalar şöbəsinin müdiri

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Aparatının Hərbi-texniki əməkdaşlıq şöbəsinin müdiri

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Aparatının Maliyyə və uçot şöbəsinin müdiri

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin baş direktoru

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Şərq İstehsalat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}