20:22 / 15-10-2025
Ceyhun Bayramov TÜRKPA-nın yeni baş katibi ilə görüşüb
18:35 / 15-10-2025
Hikmət Hacıyev Almaniyada görüşlər keçirib (Yenilənib)
18:10 / 15-10-2025
Azərbaycanlı və rusiyalı alimlər dərinlikdən gələn sirri açıblar - Foto
18:09 / 15-10-2025
Ramiz Mehdiyevin əmlakları müsadirə oluna bilər
17:59 / 15-10-2025
Mask "Cybertruck"in satışını süni şəkildə artırıb
17:44 / 15-10-2025
İranın hərbi gəmiləri Azərbaycana gəlib - Fotolar
17:37 / 15-10-2025
Cəlaloğlu: Məsələ Ramiz Mehdiyevin həbsi ilə məhdudlaşmamalıdır - Müsahibə
17:31 / 15-10-2025
Pakistan və Əfqanıstan arasında 48 saatlıq atəşkəs əldə olunub
17:28 / 15-10-2025
Bakıda Zəfər Günü parad olacaq
17:18 / 15-10-2025
Sabah Binəqədinin bəzi ərazilərində qaz olmayacaq
17:02 / 15-10-2025
Növbəti iki gündə bəzi rayonlara sulu qar yağacaq - Xəbərdarlıq
16:48 / 15-10-2025
Bəzi dairə seçki komissiyalarının tərkibi dəyişib
16:36 / 15-10-2025
Avropa İttifaqı Çin qarşısında şərtlər qoyacaq
16:32 / 15-10-2025
Deputat: “Ciddi şübhələr var ki, Ramiz Mehdiyev..."
16:17 / 15-10-2025
Deputatın mandatına xitam verilib
15:48 / 15-10-2025
DTX və DSX sərhəddə əməliyyat keçirib - Foto
15:48 / 15-10-2025
İnsan hüquqlarının pozulmasına dair şikayətvermə qaydası dəyişib
15:40 / 15-10-2025
Siyavuş Novruzov: "Hazırda iclasdayam..."
15:39 / 15-10-2025
Dolu siniflər, çətin dərsliklər və… - Vüqar Vəliyev yazır
15:18 / 15-10-2025
Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşüb
15:15 / 15-10-2025
Bakalavr təhsili olan zabitlərin ehtiyata buraxılma qaydalarına dəyişiklik edilir
14:58 / 15-10-2025
Zərdabda qəsdən yanğın törədən şəxs cərimələnib
14:41 / 15-10-2025
Premyer Liqanın növbəti turunun oyun cədvəli açıqlanıb
14:38 / 15-10-2025
Rusiya dəmir yollarına hücumları artırıb
14:25 / 15-10-2025
Ukrayna neft terminalını yenidən vurub
13:59 / 15-10-2025
Vəzifədən çıxarılan general: "Artıq bu səbəbdən işləyə bilmirəm"
13:34 / 15-10-2025
Dövlət Xidməti işçilərinin sayı artırılıb
13:28 / 15-10-2025
Zülfüqarov: Yaxın Şərq probleminin həlli uzaqdadır
00:42 / 11-10-2025

23:11 / 11-10-2025

22:29 / 10-10-2025

18:07 / 12-10-2025

18:04 / 11-10-2025

14:35 / 11-10-2025

09:00 / 12-10-2025

09:24 / 12-10-2025

10:19 / 12-10-2025

09:07 / 12-10-2025

17:07 / 11-10-2025

10:12 / 13-10-2025

Vətən, Toyun Mübarək! - Aida Eyvazlı yazır
Tarix: 25-10-2020 13:59 | Bölmə: Xəbərlər

Aida Eyvazlı GÖYTÜRK
Bu payız səhərlərimiz başqa cür açılır. Bu payız XAN payızdır! Bu səhərlər 30 il bundan əvvəl hər gün bir ümidimizin də qırıldığı səhərlərə bənzəmir. Bu səhərlərin hər biri toy müjdəlidir. Türk ellərində Xaqanların, hökmdarların çaldırdığı mərəkələr, toylar 40 gün çəkərdi. Heç uç həftə deyil ki, başlamışıq Vətən savaşını. “Torpaqlarımızı geri almaq üçün döyüş başlandı” xəbərini eşidəndə ilk yazdığım və dediyim söz də bu oldu: “Vətən, Toyun Mübarək!”.
28 ildir ki, bu günümüzə yol gəlirik. 27 sentyabrdan bu günə qədər hər gün bir gözümüz gülüb, bir gözümüz ağlayır. Düşmən tapdağı altında olan o gözəl yurdlarımızı xəyanətlər, dövranın vəfasızlığı, hakimiyyət başıpozuqluğu səbəbindən əldən çıxardıqdan sonra, bir gün də olsa dayanmadıq. Hər gün “Qarabağ bizimdir, bizim olacaq!”- deyirik. Hər gün o yurdlara, söndürülmüş ocaqlarımıza dönmək əzmi göstəririrk. Hər gün şəhid veririk. Lakin Müqəddəs torpaqlarımızı geri qaytarmaq borcunu unutmadıq.
1988-ci ildən bəri bu günlərdə başladığımız TOYU gözləyirik.
Aslanlarım, Şirlərim, Boz qurdlarım bir dəfə 2016-cı ilin aprelində müzəffər oldular. Vətənimin bütün vətəndaşları döyüşə hazır dayandılar. Aprel şəhidlərimizi unutmadıq. Düşmən düşmənliyindən əl çəkməz ki, nə aldığını geri verir, nə də “it kimi, çaqqal kimi rədd olub getmir”. Və bir də ki, 16 iyulda Azərbaycan Ordusunun Polad generalına tuşlandı düşmən gülləsi. Bax, onda MİLLƏTim, XALQım bir daha ayağa qalxdı. Hamı bir ağızdan dedi ki, “Öldü var, döndü yoxdur!”.
Ali Baş Komandan, Məmləkətimizin Prezidenti İlham Heydər oğlu Əliyev də səbrimizin sona çatdığını söylədi. Xalqına, millətinə qulluq göstərməyi özünə şərəf bilən XAQAN İlham Heydər oğlunun xalqına ilk müraciətindən belə anladıq: “Bu Odlar yurdunun Ordu generalını qətlə yetirəni yuvasına qədər qovmasaq, anadan əmdiyimiz süd bizə haram olar!”.
O gündən hamımız səfərbərik. O gündən dünyanın gözü və ən qaynar nöqtəsi Azərbaycandır. İgidlərim, Aslanlarım, Ərlərim Vətən savaşına atılıblar. Düşmənə toy tuturlar. Döyüşün ilk günündəcə 19 yaşlı Qurd balası Cəbrayıl düşmənin iki polkovnikini, bir generalını yurdumuzda qurduqları qərargahda əlləri ilə boğub öldürmüşdü. Mənim gənc əsgərim belədirsə, gör bir 27 il bu savaşa hazırlaşan, bu günü gözləyən ərənlərim nələrə qadirdilər. O dağlıq yerlərdə, o dərələrdə düşməni öz qazdıqları səngərlərdə boğub öldürürlər. Bu Müqəddəs Odlar yurdunun 19 yaşlı şəhidi Cavidan Ağayevin atasına başsağlığı verəndə, “Mənə gözaydınlığı verin, mənim oğlum şəhid olub, hüzn qəbul etmirəm!” - deyirsə, belə bir millətin ruhunu yenmək olarmı?!
Bəli, bu gün Göy Türklərin, Alp Arslanın, Alp Ər Tunganın dediyi zaman yetişib. O Dədəmiz demişdi ki, Türklərin ruhu 13 əsrdən sonra yenə qanadlanacaq. Bu gün əsgərlərimiz Qarabağı azad etmək üçün, Ötükəni çinlilərdən azad edən Şadlar kimi döyüşürlər. Tanrı onların yatmış ruhlarını dirçəldib. Artıq dünya bir daha şahid olur ki, türk ruhu oyandısa, onun əsgərinin qarşısında kimsə dayana bilməz.
Məqam həmin məqamdır. Ona görə də Ali Baş Komandan, Sərkərdə, Fateh, Xaqan İlham Əliyev hər çıxışı, hər tviti ilə Azərbaycan Ordusunda döyüşən əsgərlərə ruh verir. Bizim ruhumuzu dirçəldən Fatehimiz var indi. Fateh İlham Əliyev deyir: “Biz döyüş meydanında gücümüzü göstərdik, həm düşmənə, həm də bütün dünyaya. Döyüş meydanında göstərdiyimiz güc və onun mənbəyi Azərbaycan xalqının iradəsidir, Azərbaycan xalqının istedadıdır və bizim əldə etdiyimiz uğurlardır”.
Bu payız günlərində Azərbaycan xalqı 1991-ci ildə yenidən qazandığı Milli Müstəqillik Günü ilə bərabər, hər qarışı uğrunda neçə-neçə şəhid verdiyimiz azad olunmuş torpaqlarımızın sevincini bayram etdi. Ona görə də bu bayram başqa bayramlara bənzəməz. Bu günlərimizin dadı başqadır. Bu günlərdə millətindən, irqindən və dinindən asılı olmayaraq, Ordumuzda döyüşən hər bir Azərbaycan əsgəri öz adını Türk dünyasının savaş tarixinə, Qalibiyyət tarixinə qızıl hərflərlə yazır. Bu gün əsgərlərimiz - analarımız, bacılarımız, torpağa həsrətlə ölən qohumlarımızın ruhu uğrunda, Ali Baş Komandanın uğrunda, Vətən uğrunda əzmlə döyüşürlər. Yeni zirvələr fəth edirlər. O zirvələrdə ki, 30 ilə yaxın idi ki, qartallar, şahinlər uçmurdular. O dağlarda bənövşələr, xarı büllbüllər bitmirdilər. Utandıqlarından kol dibində gizlənmişdilər. İndi öz zirvələrimizin, öz dağlarımızın sahibiyik! Cənab Ali Baş Komandan Füzulinin də düşməndən azad olunduğunu xalqına müjdə verəndə dedi:
“Bir daha demək istəyirəm ki, biz xoşbəxt insanıq, bizim nəslimiz xoşbəxtdir ki, bu sevincli günləri görə bilirik. Mən özümü xoşbəxt insan hesab edirəm ki, bu sevincli xəbərləri doğma xalqıma çatdırıram. Ali Baş Komandan kimi bütün işlərə rəhbərlik edirəm və Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da öz fəaliyyətimdə ölkəmizin, xalqımızın milli maraqlarını qorumaq üçün əlimdən gələni əsirgəməyəcəyəm”.
Belə sərkərdəsi olan bir xalq məğlub ola bilməz. Belə sərkərdənin, fatehin adı əsgərlərimizin azad etdiyi ən uca zirvələrə qızıl hərflərlə həkk olunacaq. Azərbaycan Ordusu bu gün Türk dünyasının yeni döyüş, savaş tarixini yazır. Ona görə də əqidə, ruh, dava qardaşımız Rüstəm Behrudinin bir bənd şerini oxuyuram bu gün:
“Savaş verməlidir xeyir-duamı,
Düşən gecə mənim, doğan dan mənim.
Bir bayram libası biçin əynimə,
Yolum keçməlidir Şuşadan mənim”.
40 günümüzün tamamında Qarabağda TOY çalınacaq. Toyumuza gələnlər də deyəcək: “Vətənim, TOYUN Mübarək!!!”. Azərbaycan bütün sülhsevər insanların vətənidir. Bu şərəfli günlərdə yanımızda olanları ağ çadıra, uzaqda dayananları qara çadıra dəvət edəcəyik. Biz dostları darda qoymayan Odlar yurdunun övladlarıyıq. Dünyanın ilk odu da, ocağı da Azərbaycanda yanıb. Bu ocağın istisinə evimizə açıq ürəklə gələn hər kəs isinə bilər!!!
Bölməyə aid digər xəbərlər

Bu gün, 17:44
İranın hərbi gəmiləri Azərbaycana gəlib - Fotolar
Bu gün, 17:28
Bakıda Zəfər Günü parad olacaq
Bu gün, 16:17
Deputatın mandatına xitam verilib
Bu gün, 14:38
Rusiya dəmir yollarına hücumları artırıb
Bu gün, 13:34
Dövlət Xidməti işçilərinin sayı artırılıb
Bu gün, 13:25
Prezident MDB ilə bağlı sazişi təsdiqləyib
Bu gün, 12:54
Füzuli yaradıcılığına fərqli baxış - Cəbrayıloğlu yazır
Bu gün, 12:46
Məşhur YAP-çıdan Ramiz Mehdiyevlə bağlı - Açıqlama
Bu gün, 11:57
Xırdalanda 20 yaşlı gənc öldürülüb
Bu gün, 10:37
"Azneft”in direktoru vəzifədən azad olunub
Bu gün, 10:15
Xalq artisti Ramiz Quliyev vəfat edib
Bu gün, 08:21
Suriyanın yeni lideri Moskvaya gəlir
Dünən, 21:22
Vardanyanın məhkəməsində ifadələr dinlənilib
Dünən, 19:04
Metroda izdiham yaranıb, saatlardır kart işləmir
Dünən, 16:51
Akademiyaya rektor təyin edilib
Dünən, 15:38
Azərbaycan əhalisi artıb
Dünən, 14:17
Əli Əsədov taksilərə bağlı qərar imzalayıb
Dünən, 13:07
Agentliyin işçiləri "Sədərək"də döyülüb
Dünən, 10:51
Şagird yerdəyişməsinə start verilir
Dünən, 09:40
Bu gün üç rayonda qaz olmayacaq
Dünən, 08:37
Məşhur aktyor qardaşı ilə yol qəzasına düşüb
Dünən, 08:22
Rusları Latviyadan niyə qovurlar?
Dünən, 08:14
Belçika silahlanmaya 34 milyard avro xərcləyəcək
Dünən, 08:08
Bayden Trampı və komandasını tərifləyib
13-10-2025, 17:03
Agentliyin strukturu yenidən təşkil olunacaq
13-10-2025, 16:57
“QHT işi” üzrə daha bir məhkəmə başlayıb
13-10-2025, 14:13
Rusiyada orduya könüllü cəlb etmək çətinləşib
13-10-2025, 13:38
Şair Əlisəmid Kür dəfn olunub - Yenilənib
13-10-2025, 11:17
Son 24 saatda Zaporojyaya 570 zərbə endirilib
13-10-2025, 09:21
"Vüsal 300" ev dustaqlığına buraxılıb
13-10-2025, 09:12
Ərdoğan “Sülh Zirvəsi”nə qatılacaq
13-10-2025, 08:16
Avropada 3 ölkə yeni sərhəd nəzarətinə keçib
11-10-2025, 14:35
İcra başçısının sabiq müavini həbsdən buraxılmayıb
11-10-2025, 12:02
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif olunub - Sərəncam
11-10-2025, 11:43
General Rasim Əliyev vəfat edib
11-10-2025, 10:20
Azərbaycanda palçıq vulkanı püskürüb
11-10-2025, 09:48
Metroda ölüm hadisəsi baş verib
11-10-2025, 00:42
DÇ-2026: millimiz Fransa yığmasına uduzub
10-10-2025, 21:45
İlham Əliyev Tacikistana səfərindən videopaylaşım edib
10-10-2025, 16:33
Bakıda Ermənistan vətəndaşlarının məhkəməsi davam edir
10-10-2025, 16:13
Prezident rəsmi qəbulda iştirak edib - Foto
10-10-2025, 16:05
Cinayət Məcəlləsinə dəyişiklik edilib
10-10-2025, 13:09
Nobel Sülh mükafatının laureatı məlum olub
10-10-2025, 12:19
Məmmədəli Ağayev azad edilib
10-10-2025, 12:07
Azərbaycanda yeni medal təsis olunub
10-10-2025, 11:31
Daha bir vəkilin fəaliyyəti 6 aylıq dondurulub