Şəhid Dmitri Solnsevlə vida mərasimi başa çatıb - Fotolar
Tarix: 26-10-2020 11:42 | Bölmə: Xəbərlər
Şəhid Dmitri Solnsevlə vida mərasimi başa çatıb

İşğal olunmuş torpaqlamızın azadlığı uğrunda döyüşlərdə şəhid olmuş Azərbaycan Ordusunun hərbçisi Dmitri Solnsevlə vida mərasimi keçirilir.

Reyting.az
-ın məlumatına görə, vida mərasimi şəhidin evinin önündə təşkil edilib.(APA)


***
Azərbaycan Ordusunun şəhid olan hərbçisi Dmitri Sonsevlə vida mərasimi başa çatıb.

O, İkinci Fəxri xiyabanda dəfn ediləcək.

***

Şəhidin bacısı oğlu Anar Süleymanov bildirib ki, dayısı sentyabrda könüllü şəkildə döyüşlərə gedib:

“Təhsilini Azərbaycan Dövlət Neft və Sənaye Universitetində alıb. Magistraturanı qırmızı diplomla bitirib. Vətənpərvər insan idi. Hətta koronavirusla mübarizə dövründə TƏBİB-də könüllü kimi çalışırdı".

Şəhidin bacısı Yuliya Sonçeva isə bildirib ki, cəbhəyə getmək onun arzusu idi: “Biz onunla fəxr edirik. Bizim baş ucalığımızdır. Hər zaman çox məsuliyyətli, gözəl insan idi".(Report)







Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}