16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Akif Nağı: “Fransa şirkətlərini ölkəmizdən qovmalıyıq”
Tarix: 26-11-2020 12:08 | Bölmə: Xəbərlər
Akif Nağı: “Fransa şirkətlərini ölkəmizdən qovmalıyıq”

“Fransa Senatının üzdəniraq "tanıma" ilə bağlı qərarının heç bir mənası yoxdur. Amma onlar bununla iç üzlərini, necə "demokrat", "ədalətli" olduqlarını bir daha göstərdilər. Yaxşı ki, bunlara arxayın olub gözləmədik və torpaqlarımızı Ordumuzun gücü ilə azad etdik. Bunların şıltaqlıqlarına dözməyə artıq ehtiyac yoxdur, əməkdaşlıq əlaqələrini kəsməli, bütün şirkətlərini, o cümlədən neft sahəsində çalışan şirkətlərini ölkəmizdən qovmalıyıq”.

Reyting.az
xəbər verir ki, bu sözləri Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Fransa Senatının Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimi tanımaqla bağlı qərarından danışarkən deyib.

Akif Nağı əlavə edib ki, Fransa Qarabağ müzakirələrindən kənarlaşdırmalıdır: “Bunu dövlətimiz etməlidir, etməsə, özümüz edəcəyik. Fransa bizim xoş münasibətimizi başa düşmədi, indi rədd olub getsin ermənilərin yanına, ya da onları gətirsin öz yanına. Onsuz da ermənilər Qafqazdan rədd olub gedəcəklər, biz onlara 200 il yer verdik, yanımızda saxladıq, indi də Fransa, ya başqa biri onları aparsın öz yanına və ermənilərlə qonşuluğun "ləzzəti"ni dadsınlar”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}