17 şəhidimizin başqa yerdə dəfni müzakirə olunur
Tarix: 27-01-2021 18:18 | Bölmə: Cəmiyyət
17 şəhidimizin başqa yerdə dəfni müzakirə olunur

İkinci Qarabağ müharibəsində şəhid olan 17 nəfərin dəfn məsələsi fevralın 3-dək həll ediləcək. Bu barədə bu gün Yasamal Rayon İcra Hakimiyyətindən şəhidlərin etirazçı qohumlarına bildiriblər.

Reyting.az
“Turan”a istinadla xəbər verir ki, bu barədə etirazçılardan biri bildirib: "Biz Yasamal Rayon İcra Hakimiyyətində qəbulda olduq, övladlarımızın ya İkinci Şəhidlər xiyabanında, ya da Yasamal rayonundakı parkda yenidən dəfn edilməsi barədə tələbimizi təqdim etdik. Bizə dedilər ki, bir həftə ərzində cavab verəcəklər".

Valideynlər bildiriblər ki, əgər bir həftə ərzində məsələ həll olunmasa, onlar öz övladlarını özləri başqa yerlərdə dəfn edəcəklər.

Xatırladaq ki, həlak olanların valideynləri artıq üç gündür ki, şəhər yollarını bağlayır və öz şərtlərinin yerinə yetirilməsini tələb edirlər. Onlar övladlarının dəfn edildiyi qəbiristanlıqdan narazıdırlar, bunu ayrı-seçkilik və hörmətsizlik sayırlar.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}