16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Düşmənin atıb qaçdığı silah-sursat tapılıb - Fotolar
Tarix: 24-02-2021 11:52 | Bölmə: Xəbərlər
Düşmənin atıb qaçdığı silah-sursat tapılıb

Ermənistan ordusunun işğaldan azad edilmiş ərazilərimizdə atıb qaçdığı silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

DİN-nin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Reyting.az-a verilən məlumata görə, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları rayonun işğaldan azad edilmiş inzibati ərazisində əvvəllər düşmənin səngər və saxlanc yeri kimi istifadə etdiyi qazmalardan xeyli sayda silah-sursatlar aşkar edərək aidiyyatı üzrə təhvil veriblər.

Belə ki, tədbirlər zamanı erməni hərbçilərin atıb qaçdığı 10 ədəd müxtəlif tipli qumbaraatanlar və onlara məxsus 6 ədəd mərmi, 6 ədəd AK-74 avtomatı, 1 ədəd RPK pulemyotu, 4 ədəd müxtəlif markalı snayper tüfəngləri, 150-dən çox avtomat sandığı, ümumi sayı 10 mindən artıq müxtəlif çaplı patronlar və digər döyüş sursatları aşkar edilərək götürülüb.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}