CBC TV-nin avtomobili aşıb
Tarix: 24-02-2021 16:55 | Bölmə: Xəbərlər
CBC TV-nin avtomobili aşıb

"CBC" TV-nin çəkiliş qrupu yol qəzasına düşüb

Hadisə Tərtər-Bərdə yolu istiqamətində baş verib.

Qəzaya ölkə ərazisində hökm sürən qarlı və şaxtalı hava şəraiti nəticəsində yolların buz bağlaması səbəb olub. Belə ki, hadisə nəticəsində qəzaya uğrayan avtomobil aşıb. Avtoqəzada xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Telekanalın rəhbərliyi hadisədən sonra yerli icra orqanlarıyla əlaqə saxlayıb, avtoqəzanın fəsadlarının aradan qaldırılması istiqamətində bütün operativ addımlar atılıb/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}