Azərbaycan vətəndaşları Gürcüstana necə səfər edəcək?
Tarix: 24-02-2021 17:30 | Bölmə: Xəbərlər
Azərbaycan vətəndaşları Gürcüstana necə səfər edəcək?

Martın 1-dən Azərbaycan vətəndaşları Gürcüstana "PCR" testinin mənfi nəticəsi ilə bağlı arayış təqdim edərək daxil ola biləcəklər.

Bu barədə Gürcüstan hökuməti qərar qəbul edib.

Qərar Gürcüstana hava yolu ilə səfərlərə şamil olunur.

Azərbaycan və Gürcüstan arasında quru sərhədlər vasitəsilə sərbəst qarşılıqlı səfərlərə məbdudiyyətlər qalmaqda davam edəcək. Qonşu ölkə hazırkı mərhələdə quru sərhədlərlə bağlı cari rejimi qüvvədə saxlayır.

Qeyd edək ki, pandemiya səbəbindən Azərbaycan və Gürcüstan arasında sərbəst gediş-gəliş ötən ilin martın 14-dən dayandırılıb/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}