16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Xocavənddə silah-sursat tapılıb - Fotolar
Tarix: 08-03-2021 11:13 | Bölmə: Xəbərlər
Xocavənddə silah-sursat tapılıb

Vətən müharibəsində işğaldan azad olunmuş torpaqlarımızda sarsıdıcı məğlubiyyətə uğramış Ermənistan ordusunun atıb qaçdığı silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

DİN-nin Mətbuat Xidmətinin Bərdə regional qrupunun məlumatına görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları aidiyyəti qurumların təmsilçiləri ilə birlikdə partladıcı vasitələrin, silah-sursatın aşkar edilməsi və istifadəyə yararsız olanların zərərsizləşdirilməsi məqsədi ilə xidməti ərazidə müntəzəm reydlər aparırlar.

Növbəti belə tədbir zamanı RPŞ əməkdaşları erməni hərbçilərin ataraq qaçdığı 2 ədəd “Foqot” qurğusu, 35 ədəd müxtəlif növ qumbara, 171 ədəd müxtəlif növ mərmi, 8050 ədəd müxtəlif çaplı patron, avtomat üçün sandıqlar və digər döyüş sursatları aşkar ediblər.



Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}