14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Mütəxəssislər minalanmış ərazilərin təhlilini aparır
Tarix: 20-06-2021 09:10 | Bölmə: Xəbərlər
Mütəxəssislər minalanmış ərazilərin təhlilini aparır

Ağdam rayonunun minalanmış ərazilərinin Ermənistan tərəfindən təhvil verilən xəritəsinin bir qisminin 50, digər qisminin isə 20-30 faiz doğru çıxması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumata Azərbaycan Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik-leytenant Anar Eyvazov aydınlıq gətirib.

Reyting.az
-ın məlumatına görə, Anar Eyvazov deyib ki, hazırda mütəxəssislər xəritələrin tam təhlilini aparırlar. Eyni zamanda bu iş praktiki olaraq ərazidə də həyata keçirilir.

A. Eyvazov əlavə edib ki, hazırda hər hansı rəqəmi səsləndirmək, xəritələrin tərtibatının standartlara nə dərəcədə uyğun olub-olmaması barədə fikir söyləmək bir qədər tezdir: “Və bir də söhbət təkcə Ağdamın minalanmış ərazilərinin xəritəsindən deyil, ümumiyyətlə, indiyədək əldə etdiyimiz mina xəritələrinin təhlilinin aparılmasından gedir.

Bir daha təkrar edim ki, bu istiqamətdə əldə olunan nəticələr zamanı çatdıqca mütəmadi ictimailəşdiriləcək”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}