Türkiyə və Ermənistan nümayəndələri Moskvada görüşüblər
Tarix: 14-01-2022 16:12 | Bölmə: Xəbərlər
Türkiyə və Ermənistan nümayəndələri Moskvada görüşüblər

Türkiyə və Ermənistanın münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubinyan arasında Rusiyanın paytaxtı Moskvada keçirilən ilk görüş başa çatıb.

Reyting.az
xəbər verir ki, Türkiyə XİN 1,5 saat çəkən danışıqlar barədə açıqlama yayıb.

Bildirilib ki, tərəflər müzakirələri ilkin şərtlər olmadan davam etdirməyə razılaşıblar: “Xüsusi nümayəndələr pozitiv və konstruktiv atomosfesdə gerçəkləşən ilk görüşdə Türkiyə və Ermənistan arasında dialoq yolu ilə davam etdiriləcək normallaşma prosesində yönəlik fikir mübadiləsi aparıblar. İkinci görüşün yeri və tarixi diplomatik kanallar vasitəsilə müəyyənləşdiriləcək”.

***

Türkiyənin Ermənistanla danışıqlar üzrə xüsusi nümayəndəsi Serdar Kılıç və Ermənistanın Türkiyə üzrə nümayəndəsi Ruben Rubinyan ilk görüş üçün Rusiyanın paytaxtı Moskva şəhərində səfərdədirlər.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Nümayəndə heyətləri ikitərəfli münasibətlərin normallaşdırılması üzrə iki ölkənin xüsusi nümayəndələrinin ilk görüşünün keçiriləcəyi Moskvada Rusiya Xarici İşlər Nazirliyinin qəbul evinə gəlib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}